İmola trası Formula1 yarışı üçün lisenziya alıb

İmola trası Formula1 yarışı üçün lisenziya alıb
Want create site? Find Free WordPress Themes and plugins.

Entso və Dino Ferrarilərin adına olan avtodroma FİA tərəfindən Formula1 yarışını keçirməyə rəsmi icazə verilib.

A24.az xəbər verir ki, Formula1-in yarış direktoru Çarlı Uaytinq trası yoxlayıb və vəziyyət onu qane edib. Trasın rəhbəri Uberto Estense bildirib ki, son sözü İtaliya Avtomobil Klubu (ACİ) deməlidir: “Ümid edirəm ki, tezliklə milli federasiyadan da müsbət cavab alacağıq. Biz ACİ-nin prezidentinə verdiyimiz vədləri artıq reallaşdırmışıq”.

Çox güman ki, Estense ACİ-nin prezidenti Anjelo Damyani Stikkinin verdiyi vədə işarə edir: İtaliya Qran Prisinin keçirilməsi hüququ Montsada qalarkən, Anjelo demişdi ki, nə vaxtsa yarış keçirmək növbəsi İmolaya da çatacaq…

Qeyd edək ki, İmola Formula1-ə sonuncu dəfə 2006-cı ildə ev sahibliyi edib. Aradan keçən 11 il ərzində tras ciddi dəyişikliklərə məruz qalıb. Bura, həm də əfsanəvi sürücü Ayrton Sennanın həlak olduğu trasdır…

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar