“İnadınızdan əl çəkin”

“İnadınızdan əl çəkin”
Want create site? Find Free WordPress Themes and plugins.

5831ee45adfcef00fa0b2b533f393c92_LOlanddan maraqlı açıqlama

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Oland, erməni dərnəklərinin hər il ənənəvi olaraq təşkil etdiyi tədbirdə iştirak etdi və Türkiyəyə səsləndi.

Erməni dərnəklərinin hər il ənənəvi şəkildə təşkil etdiyi tədbirdə iştirak edən prezident Fransua Oland, “soyqırımı” ilə bağlı Türkiyədən yeni jest gözlədiyini bildirdi. Oland soyqırımı ilə bağlı həqiqətlərin tanınması məsələsində Türkiyəni səylərini davam etdirməyə çağırdı.

“Fransanın Erməni Təşkilatları Koordinasiya Şurası”nın təşkil etdiyi illik tədbirdə iştirak edən Fransua Oland dedi: “Həqiqəti tapmaq səyləri davam etməlidir. Yüzüncü ildönümünün, soyqırımının tanınması mövzusunda yeni jest və yeni etap olacağına inanıram”.

Qorxu və inadları aradan qaldırmanın vaxtı çatdığını iddia edən Fransa prezidenti Türkiyə və Ermənistanın ilk addımı atmasının zəruri olduğunu vurğuladı.

Ötən il Prezident Ərdoğanın verdiyi başsağlığına da münasibət bildirən Oland, bu addımı bundan əvvəl də dəstəklədiyini xatırlatdı, bu məsələnin davam etdirilməsini tövsiyə etdi. Prezident Oland Fransanın 2001-ci ildə “Erməni soyqırımını” tanımasının həyatda olanlara qarşı hər hansı ittiham olmadığını, bunun vəfat edənlərin xatirəsi qarşısında müəyyən məsuliyyət olduğunu iddia etdi.

Oland dedi: “Fransanın nəyin bahasına olursa-olsun, qorumaq istədiyi söz azadlığının, bəşəriyyətə qarşı edilən cinayəti müdafiə etmək haqqı vermir. Fransua Oland “Erməni soyqırımının” yüzüncü ildönümü mərasimlərində iştirak etmək üçün 24 apreldə İrəvana gedəcəyini bildirdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar