İncə və cavan qalmağın yapon resepti - 4 SƏBƏB

İncə və cavan qalmağın yapon resepti – 4 SƏBƏB
Want create site? Find Free WordPress Themes and plugins.

Sirr deyil ki, yaponlar qidalanmalarına həddən çox diqqət edirlər. Onlar yeməyi yalnız dad almaq üçün deyil, bədənlərinin vitamin ehtiyacını qarşılamaq üçün yeyirlər. Onlar dəri və fiziki görünüşlərinin gözəlliklərini yediklərinə borcludurlar.
Yaponların incə və gənc görünməsinə təsir edən amilləri təqdim edirik:

Yaşıl çay içirlər

Antioksidant baxımından zəngin olan yaşıl çayı çox içirlər. Ənənəvi mərasimlərində yapon mədəniyyətinin bir hissəsi olan yaşıl çay mütləq süfrəyə gətirilir. Yaşıl çay çəki azaltmaq və dərini gözəlləşdirməklə yanaşı, başda xərçəng olmaqla bir çox xəstəliyin inkişafını mane olur.

Mayalanmış qidaları bol yeyirlər

Yapon xalqı ümumiyyətlə, kefir, kələm turşusu və s. kimi mayalanmış qidalar yeyirlər. Bu cür qidalar həzmə kömək olduğu kimi, sürətlə çəki azaltmağı da təmin edir. Bununla yanaşı, hüceyrə toxumasından zərərli toksinləri və ağır metalları atmağa kömək olur.

Yeməyi yavaş yeyirlər

Yaponlar yemək yeyərkən başqa heç bir iş etmirlər. Məsələn, televiziyaya baxmazlar və ya qəzet oxumazlar. Eyni zamanda, yediklərinin mədələrinə getməsi üçün özlərinə zaman ayırırlar və yavaş-yavaş yeyirlər. Yavaş yemək sayəsində mədə beyinə “doydum”  siqnalını göndərir. Bu səbəbdən də tez doyurlar.

Spa və hamamlar

Yapon qadınları ayda ən az iki dəfə sağlamlıq duşu qəbul edirlər. Yaponiyada məşhur olan sağlamlıq duşu ömrü uzadır. Yerli dildə “Onsen” adlanır. Vulkan püskürmələri ilə aktiv olan Yaponiyanın bir çox yerlərində onsen (isti su vannası) mövcuddur. Vulkan püskürən zaman çıxan palçıq maqnezium, kalsium, silisium və niasin kimi minerallarla  zəngindir. Eyni zamanda, suyun istiliyi səbəbindən sağlamlığa faydalıdır.

Spa suyu bədəndə qan dövranını sürətləndirir və oksigen axınına imkan verir. Yaxşı qan və oksigen dövranı isə ürək başda olmaqla, digər həyati orqanlar və toxumalar üçün də faydalıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar