İncəsənət təzyiq altındadır

İncəsənət təzyiq altındadır
Want create site? Find Free WordPress Themes and plugins.

130711Aktyor Əmrə Kınaydan açıqlamalar

“A24.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor Əmrə Kınay, “Millet” qəzetinə verdiyi müsahibəsində Tamer Karadağlı kimi “Prezidentimizdən qorxduğumuza görə fikrimizi bəyan edə bilmirik” deyərək Ərdoğan dövrünü Hitler Almanyasına bənzətdi.

Əmrə Kınay Türkiyədə incəsənətin təzyiq altında olduğunu, 1980-ci il də daxil olmaqla, bu vaxta qədər belə təzyiq altında olan bir dövrün olmadığını bildirdi.

“Hörmətli prezidentimizdən qorxduğumuza görə fikirlərimizi ifadə edə bilmirik” deyən Kınay fikirlərini belə davam etdirdi:

“Hətta xalq da bu qorxularla bağlı hekayələr uydurur. Yaşlı bir şəxs qəhvəxanada prezidentin kartejinə əllə işarə etdiyinə görə onu dərhal həmin yerdən çıxarıb aparıblar. Eynilə 1938-1940-cı illərdə Hitler Almaniyasında olduğu kimi insanlar evlərindən zorla çıxarılıb aparılmaqdan qorxur. Mənim üçün prezident vəzifəsi çox mühümdür. Hörmətdə heç zaman qüsura yol vermədim”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar