İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatdı

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

İndoneziyanın Palu şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 420-yə çatıb.

A24.Az-ın məlumatına görə, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin rəhbəri bildirib.

İdarənin rəhbəri qeyd edib ki, söhbət yalnız Palu şəhərində ölənlərdən gedir. Digər şəhərlərdə həlak olanların sayı hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar