İngiltərə dünya çempionatı üçün Azərbaycandan dəstək istədi

İngiltərə dünya çempionatı üçün Azərbaycandan dəstək istədi
Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərə Futbol Assosiasiyası (FA) 2030-cu il dünya çempionatının təşkilatçılığı uğrunda mübarizədə dəstək almaq üçün AFFA-ya müraciət edib.

“A24.az”ın “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı FA sədri Qrek Klark Azərbaycanda səfərdə olub. Onun müraciətinin çox yaxşı qarşılandığı bildirilir.

Bunadək İngiltərə 2006 və 2018-ci il dünya çempionatlarına namizədliyini versə də, qələbə qazana bilməyib. Bu dəfə FA xüsusən kiçik ölkələrin dəstəyini almaqla, istəyinə çatmağı hədəfləyib. Klark Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyaya həmsərhəd olan digər ölkələrdə də olub.

Qeyd edək ki, İngiltərə indiyədək yalnız 1966-cı il dünya çempionatını təşkil edib. Həmin mundialın qalibi elə bu ölkə olub. DÇ-2018 hazırda Rusiyada keçirilir, DÇ-2022 Qətərdə, DÇ-2026 isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Qalib ölkə FİFA-ya üzv 211 ölkə arasında səsvermə nəticəsində müəyyənləşir.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar