"İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri" - VİDEO

” İnkişafın mərkəzindəki doğma Biləsuvar şəhəri” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi son illərdə, Azərbaycanda da rayonların və şəhərlərin inkişafına xüsusi diqqət və qayğı göstərilir.

İnkişafına xüsusi diqqət ayrılan bölgələrimizdən biri də Biləsuvar şəhəridir. 25 kənddən ibarət olan şəhərin küçələrində nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yeni yollar salınır, təmirə ehtiyacı olan küçələrə yeni asvalt örtüyü çəkilir. Ölkəmizi beynəlxalq idman yarışlarında təmsil etmələri üçün şəhərdə inşa edilən Biləsuvar Olimpiya İdman Kompleksi 2008-ci ildən etibarən qapılarını gənclərimizin üzünə açıq elan edib.

Ölkə Prezidenti və Biləsuvar İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdə işsizlərin sayını azaltmaq üçün 2003-cü ildən bu ilə qədər 23 000-ə qədər iş yeri inşa edilib. Şəhərin müxtəlif bölgələrində sənaye məhsullarının sayı 2,4 dəfə artırılmışdır. Kənd təsərrüfatı ilə məşğul olan kəndlilərə ümumilikdə 17 milyon manat dəyərində subsidiya verilmişdir ki, bu də Biləsuvarın kənd təsərrüfatı həyatında öz ciddi təsirini göstərmişdir. Belə ki, şəhərin öncəki illərlə müqayisədə məhsul buraxılışı 5 dəfə artırılmışdır. İl ərzində rayonda yerli gəlirlər 15.3 milyon manat, yerli xərclər isə 14.8 milyon manat təşkil etmişdir.

Biləsuvar rayonu ərazisində 38909 hektar suvarılan əkin sahəsi vardır. Bu əkin sahəsinin 20352 hektarı nasoslar vasitəsilə, 18557 hektarı isə öz axını ilə həyata keçirilir. Respublika Prezidentinin tapşırığı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sahənin inkişafında əhəmiyyətli rol oynamışdır. Son illərdə rayonda kənd təsərrüfatı təyinatlı bir neçə istehsal və emal müəsissələri yaradılmışdır. Bunlardan “Azərsun” Holdinqin “Natural Green Land” konservi zavodu,”Biləsuvar Aqro” MMC süd zavodu, “Aqromaster” MMC kənd təsətrrüfatım məhsulları istehsalı, “MMK” narçılıq təsərrüfatı və.s. göstərmək olar.

Qeyd edək ki, Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 2015-ci ildə 11850 nəfərə 21 milyon 923 min manat pensiya ödənilmişdir ki, bu da 2014-cü illə müqayisədə 210 min manat çoxdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Yerli sahibkarlara dəstək məqsədi ilə 764 sahibkara 43,2 milyon manat dəyərində güzəştli kreditlər verilmişdir. Gənclərin əlavə məşğuliyyəti üçün Biləsuvarda bir çox rəssamlıq kursları, şahmat klubları, müxtəlif kitabxanalar da fəaliyyət göstərir. Şəhərdə görülən abadlıq işləri və onun təbiəti buraya gələn turistlərin də diqqətini cəlb edir.

Təqdim etdiyimiz linkdə yayımlanan videoda da, bütün sadalananlar və müasir Biləsuvar şəhəri nümayiş edilir. Siz də bütün bunların canlı şahidinə çevrilmək və dincəlmək üçün doğma bölgələrimizdən birinə səyahət etmək istəyirsinizsə Biləsuvara üz tuta bilərsiniz.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar