İnsan öləcəyi günü proqnozlaşdıra bilər - Araşdırma

İnsan öləcəyi günü proqnozlaşdıra bilər – Araşdırma
Want create site? Find Free WordPress Themes and plugins.

Stokholm (İsveç) Universitetinin alimləri insanın öz ölümünü proqnozlaşdırmağın yolunu tapıblar.

“A24.az” The Telegraph” nəşrinə istinadən xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə, insanın həyatdan getməsinin “qasidi” iy bilmə qabiliyyətinin itməsidir.

Mütəxəssislər 10 il ərzində 40-90 yaş arasında olan 1774 isveçli üzərində müşahidə aparıblar. Tədqiqatın əvvəlində vətəndaşlara 13 müxtəlif qoxunu müəyyən etmək üçün testdən keçməyi təklif ediblər.

Tədqiqatçılar belə qənaətə gəliblər, insanın ölüm ehtimalı onun qoxunu düzgün müəyyən etməsindən asılıdır. Orta hesabla bir səhv cavab ölüm riskini (tədqiqat müddətində) səkkiz faiz artması demək idi.

Alimlərin fikrincə, qoxuları düzgün müəyyən etmək qabiliyyəti beyinin sağlam fəaliyyətinin göstəricilərindən biridir. Ekspertlər hesab edirlər ki, bu qabiliyyətin pozulması birbaşa ölüm riskini artırır.

Publika.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar