“Instagram”da heyvanlarla selfiyə qadağa qoyuldu

“Instagram”da heyvanlarla selfiyə qadağa qoyuldu
Want create site? Find Free WordPress Themes and plugins.

“Instagram” sosial şəbəkəsinin istifadəçiləri artıq heyvanlarla selfilərini dərc edə bilməyəcəklər. 

“A24.az” “Lent.az”a istinadən xəbər verir ki, bu günlərdə belə çəkilişlərin rəsmi olaraq dərc edilməsi moderatorlar tərəfindən qadağan edilib.

“Instagram” sosial şəbəkəsinin inzibatçıları istifadəçilərin və bütün digər şərhçilərin heyvanlarla selfi edib dərc etmələrinə rəsmi olaraq qadağanın tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. İlk növbədə bu, təbiətin vəhşi nümayəndələrinə aiddir. Rəhbərlik əsas diqqəti ona yönəldir ki, çox vaxt vəhşi heyvanlarla selfi şəkil həvəskarlarının sağlamlığına və əhval-ruhiyyəsinə çox pis təsir edir.

Bu azmış kimi, bütün “Instagram”da xəbərdarlıq yayılıb ki, heyvanlarla hər hansı pis rəftar edilmiş şəkillərin dərci moderatorlar tərəfindən dərhal silinəcək. Məsələ burasındadır ki, istifadəçilər arasında heyvanlarla kəskin süjetləri çəkməyi xoşlayan istifadəçilər də mövcuddur. Bu səbəbdən istənilən formatda buna bənzər şəkillər sosial şəbəkədə olmayacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar