İntiqam hissi ilə alışan Ruhani sözlərini geri götürdü: "ABŞ-la müharibə istəmirik"

İntiqam hissi ilə alışan Ruhani sözlərini geri götürdü: “ABŞ-la müharibə istəmirik”
Want create site? Find Free WordPress Themes and plugins.

BMT sammiti üçün ABŞ-a gedən Ruhani verdiyi açıqlamalarla diqqət çəkib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, İranda hərbi paradda törədilən terror aktından sonra intiqam alacaqlarını deyən Ruhaninin açıqlamalarında yumşaqlıq hiss olunub.

Ruhani Nyu Yorkda keçirilən mətbuat konfransında “Biz bölgədəki Amerika qüvvələri ilə savaşmağı arzu etmirik” deyib.

İranın may ayında ABŞ-ın irəli sürdüyü birtərəfli nüvə sazişini davam etdirəcəyini qeyd edən Ruhani “Bu müqavilə bizim maraqlarımıza xidmət etdiyi müddət ərzində razılıq içərisində qalmağa davam edəcəyik. Anlaşmanın tərəfində olan digər ölkələr irəliyə doğru çox gözəl addım atdı, ancaq İran bu məsələdə daha çox gözləntilər içərisindədir” deyib.

Daha sonra Ruhani ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyaların isə qanuni olmadığını yenidən qeyd edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar