İordaniya Hava yolları Bağdad səfərlərini dayandırdı

İordaniya Hava yolları Bağdad səfərlərini dayandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

İordaniya Hava yolları şirkəti(Royal Jordanian), təhlükəsizlik səbəbiylə Bağdad səfərlərini təxirə saldığını açıqladı.

Royal Jordanian şirkətinin baş direktoru Basil əl-Keylani etdiyi yazılı açıqlamada, sərnişinlərin təhlükəsizliyinin təmini üçün Bağdad uçuşlarını bir müddətə dayandırdıqlarını bildirdi.

Keylani açıqladı ki, Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) Hava yolları təyyarəsi “Flydubai”nin dünən gecə Bağdada enişi əsnasında silahlı hücuma uğraması səbəbi ilə bu qərarı verdilər. O, hava limanında təhlükəsizlik və sabitliyin yenidən təmin edilməsi ilə uçuşların davam edəcəyini qeyd etdi.

Royal Jordinian, Mosulun 2014-cü il iyul ayında İŞİD-in əlinə keçməsinin ardından buraya olan səfərlərini də təxirə saldığını açıqlamışdı.

AA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az