A24 Xeber

İqtisadiyyat İnstitutunda vəzifə tutmaq istəyənlər üçün şans

Müsabiqədə elmlər doktoru və fəlsəfə doktorları iştirak edə bilərlər

İqtisadiyyat İnstitutunda vəzifə tutmaq istəyənlər üçün şans
213
03 Aprel 2015 - 19:42

AMEA İqtisadiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

“A24.az”ın xəbərinə görə, vakant yerlər “İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi”, “Makroiqtisadi inkişaf və iqtisadi artım”, “Sənaye siyasəti və investisiya problemləri”, “Xidmət sahələrinin inkişaf problemləri”, “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri”, “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri”, “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri”, “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər”, “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri”, “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri”, “İnnovasiya menecementi və elmin inkişafı problemləri”, “Maliyyə, pul-kredit siyasəti” şöbələrinə şöbə müdiri və böyük, baş, aparıcı elmi işçi vəzifələrinədir.

Müsabiqədə elmlər doktoru və fəlsəfə doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir (Ünvan: Bakı şəh., Hüseyn Cavid pr. 115. Əlaqə nömrəsi: +994 12) 539 31 12. E-mail: [email protected], [email protected]).

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00