İran: 3 ölkənin Suriyaya hücumu ŞOU idi

İran: 3 ölkənin Suriyaya hücumu ŞOU idi
Want create site? Find Free WordPress Themes and plugins.

İranlı diplomat 3 ölkənin səudiyyəlilərin pullarını almaq üçün Suriyaya hücum etdiyini söyləyib.

“A24.az” bildirir ki, Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı həyata keçirdiyi əməliyyat hələ də gündəmdədir.

İran İslam Respublikasının lideri Həsən Ruhaninin hücumu qınamasından sonra İranın dini lideri Xamaneiyə yaxın olan bir şəxsdən Səudiyyə Ərəbistanına reaksiya gəlib.

İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasətlər Komissiyasının üzvü Məhəmməd İbrahim Rizayi Suriyada gerçəkləşdirilən hücumun arxasında Səudiyyə Ərəbistanının olduğunu iddia edib.

İranlı diplomat “Suriyada baş verənlər daha çox psixoloji istiqamətə sahibdir və hərbi şoudur. Bu hücum Ərəbistanın mövcud qaynaqlarından daha çox istifadə etmək üçün edildi. Çünki bu ölkələrin liderləri dəfələrlə söylədiyi kimi Ərəbistana damazlıq inək gözü ilə baxırlar” ifadələrini işlədib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar