İran 4+1 ölkələri ilə ticarətdə dollardan istifadə etməyəcək

İran 4+1 ölkələri ilə ticarətdə dollardan istifadə etməyəcək
Want create site? Find Free WordPress Themes and plugins.

İranla nüvə razılşamasına tərəfdar olan 4+1 ölkələrinin (Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə) ticarət əlaqələrində dollardan istifadə etməyəcəkləri bildirilib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İranın XİN rəhbərinin müavini Abbas Arakçi İranın dövlət kanalına açıqlamasında deyib.

Abbas Arakçi Vyanada keçirilən nüvə anlaşmasına tərəfdar 4+1 ölkələrinin xarici işlər nazirlərinin iclası barəsində açıqlama verərkən “iclasda nazirlik və neft mövzularında təcrübəyə dayanan təkliflər irəli sürüldü. Bütün XİN rəhbərləri, İran və iqtisadi yöndə ortaqların ticarət əlaqələrində dollardan istifadə edilməməsinin dərhal həyata keçirilməsini vurğuladı” sözlərini işlədib.

Abbas Arakçi dövlət və özəl şirkətlərin iqtisadi işbirliyi şurasında toplaşaraq ABŞ-ın sanksiyalarına baxmayaraq İrana sərmayə qoymaqla bağlı yollar axtarıb tapacaqlarını, buna səy göstərəcəklərini bildiriblər.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar