A24 Xeber

İran ABŞ-dan şikayət etdi

İran ABŞ-dan şikayət etdi
608
09 Noyabr 2018 - 14:02

İran Beynəlxalq Dəniz Təşkilatını (İnternational Maritime Organization) ABŞ-ın ticarət gəmilərini də əhatə edən sanksiyalarının qanuni olub-olmamasını araşdırmağa çağırıb.

A24.Az  TASS-a istinadən xəbər verir ki, İranın Böyük Britaniyadakı səfiri Həmid Bəyədinejad tərəfindən qərargahı Londonda yerləşən İMO-nun sədri adına müvafiq rəsmi məktub gəlib.

Səfir “Twitter”də yazıb ki, məktubda sözügedən sanksiyaların gəmiçiliyə dair beynəlxalq razılaşmaları pozduğu, dəniz nəqliyyatının təhlükəsizliyinə təhdid yaratdığı qeyd olunaraq İMO Assambleyasından xüsusi qaydada bu məsələləri müzakirə etmək xahiş olunub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00