“Iran Air” şirkətində İLK: “Bir qadın…”

“Iran Air” şirkətində İLK: “Bir qadın…”
Want create site? Find Free WordPress Themes and plugins.

Tarixdə ilk dəfə qadın “Iran Air” aviaşirkətinin rəhbəri olub.

A24.Az xəbər verir ki, “Press TV” telekanalının məlumatına görə, 44 yaşlı Fərzanə Şarafbafi bu postda Fərhad Parvareşi əvəz edib.

O, Monrealda Beynəlxalq Mülki Aviasiya Təşkilatında (İKAO) İranı təmsil edəcək. Şarafbafi avia-kosmik sahədə elmlər doktoru dərəcəsinə malikdir. O, daha əvvəl “Iran Air”də tədqiqat departamentinə başçılıq edib.

Telekanal bildirir ki, sərnişin avialaynerlərinin köhnəlmiş donanmasının yenilənməsi Şarafbafi üçün yeni postda əsas vəzifə olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar