İran bu mobil oyunu da qadağan elədi

İran bu mobil oyunu da qadağan elədi
Want create site? Find Free WordPress Themes and plugins.

İran dünyanın ən məşhur mobil oyunlarından biri olan “Clash of Clans”a qadağa qoyub.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İran hökuməti psixoloji bir hesabata dayanaraq, vəhşiliyi təmsil edən “Clash of Clans” oyununa qadağa qoyub. Gənclərin oyuna sürətlə bağlandığını açıqlayan komitə bu oyunun ailə həyatına zərər verə biləcəyi mövzusunda xəbərdarlıq da edib.

Statistikalara görə, İranda mobil oyun oynayan hər 100 nəfərdən 64-ü “Clash of Clans” oynayır.

Qeyd edək ki, finlandiyalı “Supercell” tərəfindən yaradılan “Clash of Clans”gündəlik 100 milyon oyunçu sayı ilə dünyanın ən məşhur mobil oyunlarından biridir. Hətta iyul ayında çinli “Tencent” firması “Supercell”in 84 faizini 10 milyard dollara almışdı.

Xatırladaq ki, İran bu ilin avqust ayında mobil telefonlarda yayılan “Pokemon Go” oyununu da qadağan etmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar