İran bunu müzakirə edir: Qadın avtomobildə başını açsın, ya açmasın 

İran bunu müzakirə edir: Qadın avtomobildə başını açsın, ya açmasın
Want create site? Find Free WordPress Themes and plugins.

İranlı qadınlar avtomobillərinin öz şəxsi məkanları olduğunu əsas gətirərək burada başlarını bağlamaq istəmirlər.

 A24.Az xəbər verir ki, 1979-cu il inqlabından sonra, baş örtmək məcburiyyətində qalan iranlı qadınlar son günlərdə məsələ ilə bağlı mübahisəyə başlayıblar.

Onlar yay aylarında istidən sıxıldıqlarını iddia edərək, öz avtomobillərində baş örütlərini çiyinlərinə atırlar və nəticədə polislərlə aralarında qarşıdurma yaşanır. Polislər öz şəxsi avtomobilində baş örtüsünü açan qadınları saxlayır və onları cərimələyir.

İran prezidenti Həsən Ruhani isə “Bu onların özəl məkanları olduğu üçün insanların şəxsi həyatına qarışa bilmərik. İslam qanunlarını tətbiq etmək polisin işi deyil” açıqlamasını verib.

Ölkədə bəziləri qadınlarla həmfikirdir bəziləri isə düşünür ki, digər avtomobillərdən görünən özəl məkan sayılmır. İranın Polis Departamenti sözçüsü Səid Montazeralmahdinin məsələyə münasibəti belə olub:

“Maşınların xaricdən gözlə görünə bilən hissələri insanların özəl məkanı sayıla bilməz. Bu səbəbdən qadınlar avtomobillərində də qaydaları tətbiq etməlidirlər”.

Nərmin Kərim, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar