İran görüşündə nələr baş verir? 

İran görüşündə nələr baş verir? 
Want create site? Find Free WordPress Themes and plugins.

“Ən çox Rusiya və İran üçün tarixi əhəmiyyət kəsb edən Tehran sammitində Azərbaycanın da yer alması ölkənin gələcək inkişaf kursu ilə bağlı narahatlıqları daha da artırır”

A24.Az xəbər verir ki, bunu bu gün Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünü şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Ekspert hesab edir ki, Azərbaycanın yaxın qonşuları ilə xarici əlaqələri çoxtərəfli deyil, dövlətin strateji maraqları nəzərə alınmaqla ikitərəfli formatda qurulmalıdır.

“Bu halda ayrıca olaraq Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinin əleyhinə olmamaqla hesab edirəm ki, gələcək inkişaf kursu bölgədəki qüvvələr nisbətinin bu günkü təsirləri ilə qısa müddətli deyil, strateji hədəflərə yönələn assosiyasa sazişi çərçivəsində Avropa Birliyi ilə uzun müddətli əməkdaşlıq formatında olmalıdır. İndiki qlobal və regional şəraitdə Azərbaycanın Rusiya və İranla üçtərəfli formatda əməkdaşlığının və onlarla birgə öhdəliklər götürməsi ölkənin gələcək inkişaf perspektivlərini tutqun edir. Unutmayaq ki, tarixən itirdiyimiz əzəli Azərbaycan torpaqlarının və bu gün də həsrət qaldığımız Qarabağın işğalında hər iki dövlətin müstəsna rolu olub. Eyni zamanda Rusiya və İran tərəfindən Ermənistana davamlı olaraq göstərilən iqtisadi və siyasi dəstək Qarabağ azad edilməsində ən ciddi maneələrdən biridir. Bu gün nələr baş verdiyini anlamaq üçün sadəcə tariximizi bilmək yetər”, – deyə Q.İbadoğlu bildirib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar