İran-İraq sərhədində yenidən zəlzələ olub

İran-İraq sərhədində yenidən zəlzələ olub
Want create site? Find Free WordPress Themes and plugins.

İran-İraq sərhədində 4,5 bal gücündə zəlzələ baş verib.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 11 km şimalda, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində 445 nəfər ölüb, 2 minə yaxın insan xəsarət alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar