İran kimin dostudur? - Zəhra qatillərinə səssiz qalanların "səs"i - FOTO

İran kimin dostudur? – Zəhra qatillərinə səssiz qalanların “səs”i – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu günlərdə iranlı qadınların sosial şəbəkələrdə yayılan bir fotosu böyük müzakirəyə səbəb olub.

A24.Az xəbər verir ki, İran İslam Respublikasında bir neçə qadının məscidin qarşısında qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çəkdirdiyi foto 2 il öncəyə aiddir.

Bir neçə gündür ki, sosial şəbəkə aktivləri 2 yaşlı Zəhranın Ermənistan təxribatının qurbanı olması xəbərini bütün dünyaya çatdırmağa çalışır. Beynəlxalq aləmdən reaksiya gözləyir. Bir sıra ölkələr məsələyə münasibət göstərsə də, çoxları baş verənlərə göz yumdu. Xüsusən də İrandan hər hansı reaksiyanın gəlməməsi çox müzakirə olundu.

Bəzi izləyicilər də bu fotonu paylaşaraq Ermənistan-Azərbaycan münaqişəsində kimin dost, kimin  düşmən olması məsələsini bir daha gündəmə gətirməyə çalışıblar. Onlar İrandan Azərbaycana hər hansı dəstək gözləməyin mənasız olduğunu əsaslandırmağa çalışıblar.

A24.Az

 

 

 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar