İran Naxçıvana yeni konsul təyin etdi

İran Naxçıvana yeni konsul təyin etdi
Want create site? Find Free WordPress Themes and plugins.

İslam Respublikası Naxçıvana yeni baş konsul təyin edib.

A24.az” “AzərTAc”a istinadən məlumat verir ki,  yeni baş konsul Mənsur Ayrım bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, sosial və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait mövcuddur.

Baş konsul deyib ki, ötən il ərzində Azərbaycan və İran prezidentlərinin 4 dəfə görüşü, qarşılıqlı rəsmi səfərləri iki qonşu ölkənin münasibətlərinin daha da inkişafı və genişləndirilməsi üçün mühüm zəmin yaradıb. Bundan başqa, 2014-cü ilin avqust ayında İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının Bakıda keçirilmiş iclasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin artırılması məsələsi nəzərdən keçirilib ki, bu da yaxın gələcəkdə birgə iqtisadi layihələrin reallaşmasına imkan yaradıb.

Əlaqələrin inkişafının xalqların mənafelərinə uyğun olduğunu deyən Mənsur Ayrım ümid edir ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə əməkdaşlıq həyata keçirərək qarşılıqlı maraqlarımızın təmin olunmasını təşkil edəcək.

Mənsur Ayrım İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu kimi vəzifəsinin icrasına mart ayında başlayacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar