İran Qətərə hərəsi 90 ton olan 5 təyyarə göndərdi

İran Qətərə hərəsi 90 ton olan 5 təyyarə göndərdi
Want create site? Find Free WordPress Themes and plugins.

İran Qətərə ərzaq ilə dolu beş təyyarə göndərib.

“A24.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Iran Air” aviaşirkətinin nümayəndəsinə istinadən “Frans Press” məlumat yayıb.

“Hazırda tez xarab olan məhsullar, xüsusilə meyvə və tərəvəzlə dolu beş təyyarə Qətərə göndərilib. Onların hər birində 90 tona yaxın yük var. Daha bir təyyarə bu gün uçacaq”, — deyə şirkət nümayəndəsi Şahroş Nouşabadi bildirib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviyanın şərq hissəsi, Yəmən, həmçinin Maldiv adaları Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar