İran və İraqdakı zəlzələdə silahlardan istifadə edilib? - Alimdən düşündürücü açıqlama

İran və İraqdakı zəlzələdə silahlardan istifadə edilib? – Alimdən düşündürücü açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabrın 12-də gecə saatlarında İran-İraq sərhəddində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Azərbaycanın Naxçıvan və Lənkəran ərazilərində də hiss olunub.

Daha sonra Yaponiya sahilləri 5,7 bal gücündə silkələnib. Yeraltı təkanlar Hönsü və Hokkaydo adalarının bir sıra prefekturalarında hiss olunub.

Lakin dünənin zəlzələ xəbərləri bununla bitmir. 6,8 bal gücündə zəlzələ Kosta-Rikonu da “vurub”.

Bir gecənin içərisində 4 bölgədə yaşanan zəlzələ hadisələri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun son zamanlar tez-tez müşahidə olunan maqnit qasırğası ilə bağlı qəzetlərdən birinə verdiyi müsahibəsindəki sözləri yada düşür:

“Son zamanlar baş verən qasırğaların süni yaradılma ehtimalı var. Süni surətdə elektromaqnit dalğalarını yaradan silahlardan istifadə edilir. Bu məsələdə çirkin oyunlar gedir. Bu çirkin oyunu ortalığa atanlar əllərində metroloji silahlardan istifadə edərək dövləti və digər dövlətləri soymaqla məşğul olurlar. Çirkin əməlləri ilə düzgün olmayan məlumatları verib, özlərinin süni surətdə yaratdıqları vəziyyətləri təbiətin üzərinə atırlar”.

Bəs, dünən gecə yaşanan zəlzələlərin həmin silahlarla nə dərəcədə əlaqəsi var?

Telman Zeynalov “A24.az”a açıqlamasında “bircə onu deyə bilərəm ki, əgər yerli camaatdan eşitsəniz və ya görsəniz ki, itlər, pişiklər, heyvanlar, ümumiyyətlə, canlılar ərazini tərk edib qaçırsa, deməli, xəbərdarlıq edir ki, zəlzələ olacaq. Əgər xəbər verilməyibsə, qəflətən  zəlzələ olubsa, deməli, silahlardan istifadə edilib. Çünki zəlzələ elə bir şeydir ki, Yer kürəsi guruldayır, özündən səs, hay-küy verir. Camaata xəbər verir ki, bölgəni tərk edin!”, deyə məsələyə münasibətini bildirdi.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar