İranda bu xidmət sahəsində ancaq qadınlar çalışacaq

İranda bu xidmət sahəsində ancaq qadınlar çalışacaq
Want create site? Find Free WordPress Themes and plugins.

İranın paytaxtı Tehranda qız şagirdləri (tələbələr) daşıyan xidmətin sürücülərinin qadın olması qərarı qəbul edilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İranlı Tələbələr İnformasiya Agentliyi ISNA-nın məlumatına görə, Tehran Vilayət Məclisinin iclasında “qız şagirdləri daşıyan xidmət sürücülərinin qadın olması” layihəsi təsdiq olunub.

Məktəb, lisey və digər tədris müəssisələrini əhatə edən qərar, 18 nəfərin yer aldığı vilayət məclisi sessiyasında yekdilliklə qəbul olunub.

Paytaxt Tehranda yalnız qadınlara xidmət göstərən taksi dayanacaqlarında 500-dən çox qadın sürücü işləyir.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar