İranda daha iki azərbaycanlı fəal tutuldu

İranda daha iki azərbaycanlı fəal tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəallar Səccad və Fərdin Əfruziyan tutulub.

a24.az“ın məlumatına görə, AzVision.az Gunaz TV-yə istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları noyabrın 10-u axşam saatlarında fəallar Səccad və Fərdin Əfruziyanın Məlik kəndindəki (Mələkan) mənzilinə hücum edərək onları tutub aparıblar. Onların hazırda ETTELAAT-ın Təbrizdəki idarəsində saxlandığı bildirilir.

Fəalların ailələrinin bildirdiyinə görə, onlar milli zəmində apardıqları dinc fəaliyyətə görə bundan əvvəl dəfələrlə təhdid edilmişdi. Yayılan məlumatlara əsasən hər iki fəal tutulmazdan əvvəl irqçılığa qarşı dinc aksiya keçirməyə icazə almaq üçün Məlik kəndinin fərmandarlığına üz tutmuşdular. Lakin onlara aksiya keçirmək icazəsi verilməmişdi. Tutulan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı bilinmir.

Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar