İranda matəm elan edildi

İranda matəm elan edildi
Want create site? Find Free WordPress Themes and plugins.

İran höküməti Əhvaz şəhərində baş verən terror aktı nəticəsində insan ölümü ilə əlaqədar sentyabrın 24-nü matəm günü elan edib.

“A24.az” xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhaninin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir: “Şənbə günü Əhvaz şəhərinin sakinlərinə və onların təhlükəsizliyini qoruyanlara qarşı törədilən terror aktı açıq-aydın göstərdi ki, İranın düşmənlərinin yeganə məqsədi qadınları, uşaqları, qocaları və cavanları, işçiləri və əsgərləri yalnız onların iranlı olduqlıarına görə qətlə yetirməkdən çəkinməyərək İranı və iranlıları məhv etməkdir”.

Qeyd edək ki, sentyabrın 22-si İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Naməlum silahlılar insanlara atəş açıb. Terror aktı nəticəsində azı 29 nəfər həlak olub, 57 nəfər isə yaralanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar