İranda terror törətmək üçün İŞİD Qarabağda məskunlaşan PKK-ya kömək edib

İranda terror törətmək üçün İŞİD Qarabağda məskunlaşan PKK-ya kömək edib
Want create site? Find Free WordPress Themes and plugins.

Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey İranın paytaxtı Tehranda İŞİD-in gerçəkləşdirdiyi terror hücumları üçün ölkəyə sızmalarında Ermənistan dövlətinin rəsmilərinin işğal etdikləri Qarabağda məskunlaşan PKK-nın İranda mövcud olan passiv PJAK terror təşkilatının yaraqlılarına kömək etdiyini söyləyib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Suriyada PYD, YPG və İŞİD-i qarşı-qarşıya qoyan ABŞ və Avropa İranı hədəf seçsə də, amma heç cürə terror aktı törətmək üçün dəstək və mühit tapmadığı təqdirdə, bölgədə İŞİD-ə dəstək verəcək digər terror təşkilatlarından kömək alaraq həyata keçirdiklərini iddia edən ASİMDER sədri Gülbey “İŞİD terror təşkilatının dəstək və tərəfdaş qazana bilmədiyi nadir ölkələrdən biri olan İranın düz mərkəzində terror hadisələri törədilir. Terror təşkilatının üzvləri bilir ki, hər hansı bir terror aktını həyata keçirtmək üçün hadisə törədəcəyiniz bölgədə yaşayan və ya bölgəni tanıya bilən biri olmasa, bunu edə bilməzlər. Uzun illərdir İran torpaqlarında terror aktları törədən PKK-nın İran qolu olan PJAK terror təşkilatı bu partlayışlarda onlara dəstək olmuş və sərhəddən keçmələrinə köməklik göstərmişlər. İranın Mərkəzi Şərq və Asiya ölkələrindəki məzhəb diaspora işlərindən narahat olan ABŞ və Avropa İrana mesaj vermək adına Ermənistanın terror yuvasına çevirdiyi və işğal etdiyi Qarabağdakı PKK-dan dəstək almalarını uzlaşdırdı. PKK-nın İrandakı qolu PJAK terror təşkilatı İran torpaqlarını tərk edərək Ermənistanın işğal etdiyi Azərbaycan torpağı olan Qarabağa yerləşib. PJAK terror təşkilatında olan 1750 könüllü Qarabağ bölgəsinə çəkiliblər. Qarabağda 12 tədris düşərgələri olan PJAK terror təşkilatı İranla nə qədər tərketmə anlaşması etsə də, bölgəni boş buraxmırlar.

Bölgədəki bütün hadisələri təqib edən PKK-ya yaxın və İranda yaşayan qaynaqlarımızdan məlumatlar daxil olmaqdadır. PKK və PJAK terror təşkilatlarının Qarabağ bölgəsindən sosial media hesablarından paylaşdıqları görüntülər də görülməkdədir. Ermənistan dövlət nümayəndələri nə qədər inkar etsələr də işğal etdikləri Qarabağı Fələstindəki Bekaa vadisinə çeviriblər. Bölgədəki bütün terror təşkilatlarının təlimləri üçün düşərgələr yaradıblar. Bu təhlükəyə qarşı İran, Azərbaycan, Gürcüstan və Türkiyə diqqət etməli və bu təhlükəni böyümədən yox etmək üçün müdaxilə edilməlidir. Mövzu ilə bağlı Ermənistanın məmur və səlahiyyətli şəxslərinə xəbərdarlıq da edilməlidir.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar