İranın Azərbaycandakı səfiri: “şərəf duyuruq”

İranın Azərbaycandakı səfiri: “şərəf duyuruq”
Want create site? Find Free WordPress Themes and plugins.

İranın Azərbaycandakı səfiri Mohsen Pakayin ötən gün idmanımız barəsində maraqlı açıqlamalar edib. O, Azərbaycanın taekvando komandasına təlimlər keçən Reza Mehmandust haqqında “İran taekvandosunun böyük və hörmətli məşqçilərindən biridir və 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adını qazanıb” deyib.

A24.Az xəbər verir  ki, Reza Mehmandust 7 il İranın taekvando komandasının məşqisi olub və 2014-cü ildən Azərbaycan taekvando kişilər komandasına təlimlər keçir.

Səfir əslən İranlı məşqçiləri Azərbaycanda görməkdən xoşbəxt olduğunu bildirib: “Reza Mehmandustun baş məşqçi kimi Azərbaycan Respublikasının milli komandasına gətirdiyi şöhrət bizim (İran) idmanımıza şərəf gətirir və o, şərəfləndirilməli və təriflənməlidir.”

taekvando

Pakayin həmçinin Azərbaycan güləş komandasının medal qazanan iranlı məşqçisi Cəmşiq Xeyrabadini də alqışlayıb: “Bu şəxslər bizim mədəniyyət səfirlərimizdir. Onların fəaliyyəti İran və Azərbaycan dostluğu və mədəni əlaqələrini gücləndirir.”

Xatırladaq ki, 2012-ci ildə Xeyrabani İran idman rəsmiləri ilə narazılıqdan sonra Azərbaycan güləş komandasının baş məşqçisi kimi dörd illik müqaviləyə qol çəkib.

cemsid

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar