İranın beyni öldü – FOTO

İranın beyni öldü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Riyaziyyatın nobeli qəbul edilən Fields medalı sahibi iranlı riyaziyyatçı Məryəm Mirzəxaninin ölümü bütün ölkəni şoka salıb.

A24.Az xəbər verir ki, Mirzəxani 40 yaşında, döş xərçəngindən həyatını itirib.

İran mediası ölkədə qadınların geyimləri ilə bağlı qadağalara rəğmən əsas səhifələrə Mirzəxaninin başı açıq şəklini qoyub. İran prezidenti Həsən Ruhani isə medianın bu davranışına dəstək olaraq İran riyaziyyatının kraliçası hesab edilən Məryəm Mirzəxaninin başı açıq şəklini paylaşıb.

“Böyük iranlı alimi və dünyaca məşhur Məryəm Mirzəxaninin vaxtsız ölümü ürək parçalayıcıdır” – deyə İran Prezidenti paylaşımına şərh yazıb.

Qeyd edək ki, ABŞ-ın Stanford Universitetinin professoru olan Məryəm Mirzəxani döş xərçənginin sümük iliyinə yayılması səbəbi ilə müalicə aldığı xəstəxanada vəfat edib.

Nərmin Kərim, A24.Az 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar