İraq və Suriya orduları İŞİD-ə qarşı birləşdi - Terrorçuların son qalasına girdilər

İraq və Suriya orduları İŞİD-ə qarşı birləşdi – Terrorçuların son qalasına girdilər
Want create site? Find Free WordPress Themes and plugins.

İraq-Suriya sərhəddində Əl-Kaimin şimalına keçən ordu hissələri İŞİD-ə son zərbələri endirir.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İraqda İŞİD-in son qalası olan Əl-Kaimi noyabrın 3-də terrorçulardan geri alan İraq ordusu Fərat çayının şimalındakı çöllük sahəyə girib.

İraq əsgərləri və Suriya ordu qüvvələrinin sərhəddə görüşdüyü bildirilir. Deyr əz-Zoru oktyabr ayının sonunda İŞİD-dən geri alan Suriya ordusunun sərhəddə Əl-Kaimin qarşısındakı Əbu Kamala hücuma keçməsi gözlənilir.

Sərhədin İraq tərəfində isə terror təşkilatının əlindəki son qəsəbə olan Rava mühasirə altındadır. Ravanı geri alacaq bir əməliyyatın başlaması da an məsələsidir.

BBC İŞİD-in “Fərat Vilayəti” elan etdiyi bölgənin strateji və simvolik əhəmiyyətə malik olduğunu bildirir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar