İrəvana sərt xəbərdarlıq

İrəvana sərt xəbərdarlıq
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan beynəlxalq səviyyədə “erməni soyqırımı”nın tanınması istiqamətində işləri fəallaşdırması onların səmimi olmadığını göstərir və bunun heç bir hüquqi əsası yoxdur.”

“A24.az”ın  “Anadolu” agentliyinə istinadla verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyənin bu məsələ ilə bağlı indiyədək göstərdiyi səylərə cavab vermədən Ermənistan və erməni lobbisi üçüncü ölkələrdə yalançı təşviqat aparır. Onlar bu yolla yaranmış vəziyyətdən siyasi xeyirləri üçün nəsə qoparmağa çalışırlar: “Biz bu məsələnin araşdırılması üçün tarixçilərdən ibarət komissiya yaratmağı dəfələrlə təklif etdik, səmimi şəkildə müxtəlif addımlar atdıq, ancaq Ermənistan Türkiyənin dostluq haqqında təklifini qəbul etməyə hazır deyil.”

Türkiyənin XİN rəhbəri səmimi addımlara nümunə kimi prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən il ermənilərə başsağlıq mesajını xatırladıb.

M.Çavuşoğlu yanvarın 27-də Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “İsveçrəyə qarşı Perinçek” işi üzrə məhkəmə iclasına da münasibət bildirib: “İsveçrə ilə bağlı qəbul edilmiş qərarlar və irəli sürülmüş qanun layihələri söz azadlığına, hüquqa ziddir. Türkiyə bu məsələdə Doğu Perinçeki sonunadək dəstəkləyəcək.”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar