İş otağında halı pisləşən azərbaycanlı məmur xəstəxanada öldü

İş otağında halı pisləşən azərbaycanlı məmur xəstəxanada öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Ucarda iş otağında halı pisləşən vəzifəli şəxs xəstəxanada ölüb.

A24.Az xəbər verir ki, bu gün gündüz saatlarında Ucar Suvarma Sistemləri İdarəsinin müdiri, 1962-ci il təvəllüdlü Əlkiram Həmid oğlu Mahmudovun  iş otağında halı qəflətən pisləşib.

O, Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Həkimlər xəstəyə vəziyyətin ciddiliyini anladaraq təcili müalicə olunmasını tövsiyə ediblər.  Ə. Mahmudov həkimin nəzarəti ilə  Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb və müayinə otağında  dünyasını dəyişib.

İlkin məlumata görə, mərhumun ölümünə səbəb ürəyində yaranan problem olub. Xəstəxanadan verilən məlumata görə, bu ilin fevral ayında da Ucar Mərkəzi Rayon xəstəxanasında müayinə olunan Ə. Mahmudova həkimlər xəstəliyin ciddiliyini anladaraq təcili olaraq müalicə almasını tövsiyə ediblər.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar