İşçilərə 71 min manat ödənildi

İşçilərə 71 min manat ödənildi
Want create site? Find Free WordPress Themes and plugins.

Cari ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində 70,828 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

A24.Az nazirliyə istinadən xəbər verir ki, həmin məbləğin 93,6%-ni əmək haqları, 4,8%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edib.

Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni azad edilmələri barədə müraciətləri də diqqətlə araşdırılıb və qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildikləri müəyyən olunan şəxslərin əmək hüquqlarının müdafiəsi təmin edilərək onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.

Qeyd olunan tədbirlər çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları həmçinin aidiyyəti işəgötürənləri əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin aidiyyəti maddələri, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları barədə ətraflı məlumatlandırıblar.

Cari ilin ötən dövründə xidmət tərəfindən respublikanın ayrı-ayrı orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri də təşkil olunub. Tədbirlərdə əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair qanunvericilikdə əksini tapan müddəalar barədə geniş məlumatlar verilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar