İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı – FOTO

İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Trampın bu günlərdə gözlənilmədən işdən çıxarılan mətbuat katibi Şon Spayser Ağ Evi tərk edərkən işçilərin otağındakı mini-soyuducunu da xəlvəti şəkildə özüylə aparıb.

A24.Az  xəbər verir ki, bu heyrətamiz hadisə barədə “The Wall Street Journal” Ağ Evdəki mənbələrə istinadla yazıb.

Qəzetin yazdığına görə Şon Spayser Ağ Evin mətbuat xidmətinin  aşağı rütbəli əməkdaşlarından köməkçisi vasitəsilə xahiş edib ki, otaqlarında yeməkləri və içkiləri saxlamaq üçün istifadə etdikləri mini-soyuducunu ona bağışlasınlar. Lakin əməkdaşlar bundan qəti imtina ediblər, bildiriblər ki, soyuducu onların özlərinə lazımdır.

Bundan sonra Şon Spayser axşamın düşməsini və işçilərin Ağ Evi tərk etməsini gözləyərək soyuducunu özüylə aparıb. Ağ Evdəki mənbələr bildiriblər ki, təxminən axşam saat 8 radələrində Şon Spayseri soyuducunu pilləkənlərlə aşağı küçəyə tərəf aparanda görüblər. Bu hadisəni həmin gün işdə ləngiyən Ağ Ev əməkdaşlarından biri görüb. İşçilər səhər işə gələndə soyuducu yerində olmayıb. Həmin soyuducu Spayserin Ağ Evdə işə başlamasından bir ay sonra alınıbmış.

Xəbər verildiyi kimi Şon Spayser prezient Donald Trampla fikir ayrılığına görə işdən çıxıb. Onun Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Entoni Skaramuççinin təyinatına etiraz etdiyi bildirilir. 45 yaşlı keçmiş Hərbi Dəniz Qüvvələri zabitini işdən çıxarkən Ağ Evdən soyuducu oğurlamağa vadar edən səbəblər məlum deyil, Spayserin özü də xəbər yayılandan bu yana soyuducu məsələsi ilə bağlı heç bir şərh verməyib.(Virtualaz.org)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar