İşğal altındakı yanğınların yaşayış məntəqələrimizə təhlükəsi varmı? - RƏSMİ CAVAB

İşğal altındakı yanğınların yaşayış məntəqələrimizə təhlükəsi varmı? – RƏSMİ CAVAB
Want create site? Find Free WordPress Themes and plugins.

Erməni hərbi birləşmələrinin Ağdam rayonunun işğal altında olan ərazilərində yanğın törətmələri adi haldır.

A24.Az  bildirir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, ermənilər hər il yay mövsümündə işğal altındakı ərazilərə od vururlar:

“Bu, hər il təkrarlanır. İşğal altındakı ərazilərdə quru ot, kol-kosları hər il yandırıb sensasiya yaratmaq istəyirlər. Bu il də həmin əraziləri yandırırlar. Bizdə olan ərazilər tam nəzarət altındadır. Yanğının bizim nəzarətimiz altında olan ərazilərə, yaşayış məntəqələrinə keçmək təhlükəsi yoxdur. Azərbaycan Silahlı Qüvvələri əraziləri tam nəzarətdə saxlayırlar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar