İŞİD bu ölkəyə də girdi

İŞİD bu ölkəyə də girdi
Want create site? Find Free WordPress Themes and plugins.

Terrorla Mübarizə 2018 təlimi çərçivəsində keçirilən MDB ölkələri terrorizmlə mübarizə orqanları və xüsusi qüvvələri rəhbərlərinin bir araya gəldiyi iclasda danışan MDB ölkələri Terrorizmlə Mübarizə Mərkəzinin sədri Novikov, İŞİD-in Orta Asiyada xilafət qurmaq istədiyini ifadə edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Novikovanın məlumatına görə, terrorçular həmçinin aksiya keçirməyən icmaları hərəkətə keçirməyə çalışır. Qırğızıstan Baş Naziri Jeniş Razakov da Orta Asiya və MDB ölkələrindəki terror təhdidinin getdikcə artaraq uzun müddətli bir hal aldığını qeyd edib Razakov, terrorçuların Əfqanıstanın şimalından bölgəyə girərək vəziyyəti stabilliyi pozmağa çalışdığını vurğulayıb. Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərinin müavini İqor Sirotkin də İŞİD-in itki verməsinə baxmayaraq dünyaya yayılmağa davam etdiyini və hələ də ciddi bir təhdid olduğunu qeyd edib. Moskva Strateji Planlana Elm və Tədqiqat İnstitutunun Direktoru Aleksandr Qusev isə İŞİD-in Yaxın Şərq və Orta Asiyanın hər yerinə gedib çıxdığını bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar