İŞİD-çilərin sırğa taxmalarına icazə verildi

İŞİD-çilərin sırğa taxmalarına icazə verildi
Want create site? Find Free WordPress Themes and plugins.

Keçirilən əməliyyatlar qarşısında çıxılmaz vəziyyətə düşən İŞİD terror qruplaşması xaricdə olan silahlılarının geyim nizamnaməsində dəyişiklik edib.

Terror qruplaşmasının rəhbərliyi üzvlərinin tamamilə kamuflaj olması üçün bəzi güzəştlər edib. Belə ki, yeni nizamnaməyə görə terrorçuların sırğa taxmasına, saçlarını uzatmasına, xarici musiqilərə qulaq asmasına, əllərində moda, kino, səyahət və s. bu kimi nəşrlərlə dolaşmasına, həmçinin mövsüm şərtləri nəzərə alınaraq idman stilində geyinməsinə icazə verilib.

Bundan başqa terrorçulara, diqqəti cəlb etməmək və şübhə yaratmamaq üçün əyləncə mərkəzlərinə girib-çıxmaq izni verildi. Nizamnamənin qondarma xəlifə Əbu Bəkr Bağdadiyə yaxın şəxslər tərəfindən hazırlandığı bildirilir.

Qeyd edək ki, noyabrın 13-də İŞİD terror qruplaşmasının Fransanın paytaxtı Parisdə 132 nəfərin ölümü ilə nəticələnən terakt törətməsindən sonra əksər dünya ölkələri bu qruplaşmaya qarşı intensiv əməliyyatlara başlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar