İŞİD-ə “kimyəvi silah” zərbəsi

İŞİD-ə “kimyəvi silah” zərbəsi
Want create site? Find Free WordPress Themes and plugins.

İŞİD terror təşkilatının kimyəvi silahlar üzrə eksperti İraqda ABŞ koalisiyasının raket zərbələri nəticəsində həlak olub.

“A24.az”məlumat verir ki,  Abu Malik adlı terroçu yanvarın 24-də Mosul yaxınlığında öldürüldüyü xəbər verilib. O, öz təlimlərində İŞİD-çilərə kimyəvi silahlarla davranmağı öyrədirdi.

O, İraqdakı əl-Qaida, sonra isə İŞİD-ə qoşulmazdan əvvəl keçmiş İraq lideri Səddam Hüseynin kimyəvi silahlar üzrə mühəndisi olub.

ABŞ hərbi qüvvələrindən bildirirlər ki, onun ölümü İŞİD-in kimyəvi silahlardan istifadə qabiliyyətinə ciddi zərbə olub.

Xəbər verilir ki, döyüş bölgələrində İŞİD-in xlorin qazından istifadə etdiyi barədə məlumatlar yayılıb.

O da bildirilir ki, İŞİD artıq kimyəvi silahlardan ibarət iri cəbhəxana yaradıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar