İŞİD-in seks köləsinə çevirdiyi qızlardan dəhşətli açıqlamalar - FOTOLAR

İŞİD-in seks köləsinə çevirdiyi qızlardan dəhşətli açıqlamalar – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

2014-cü ildə İŞİD tərəfindən qaçırılaraq 14 yaşında seks köləsinə çevirilən, terror təşkilatından canını qurtardıqdan sonra Almaniyaya sığınan yezidi kürd qızı İxlas yaşadığı dəhşətli günlərlə bağlı BBC-nin müxbiri Fiona Lamdinə müsahibə verib.

“Atamı gözlərimin öünündə öldürdülər deyən İxlas heyvana bənzətdiyi bir İŞİD-çi tərəfindən qaçırıldığını bildirib:

“6 ay ərzində hər gün təcavüzə uğradım. Tez-tez döyülürdüm. Amma heç vaxt ağlamadım. Terrorçuların qaçırdığı heç kim normal qidalanmırdı. Eşitdiyim tək şey qışqırıq və ağlaşma səsləri idi. Bir dəfə 40 yaşlı terrorçunun 10 yaşlı uşağı köləyə çevirdiyini gördüm. Uşaqlarının analarını çağırmasını heç vaxt unutmayacam”.

İŞİD-in seks köləsinə çevirdiyi və terrorçuların əlindən qaçan bütün yezidi kürd qızları İxlasın başına gələnləri yaşadıqlarını bildirirlər. Adanı açıqlamaq istəməyən 17 yaşlı sincarlı bir qız 10 yaşındakı bacısı ilə birlikdə İŞİD-in “qul bazarı”nda necə satıldıqlarını və başlarına gələn dəhşətləri danışmışdı. 9 ay ərzində seks köləsi olaraq istifadə olunduğunu deyən gənc qız onu satın alan çeçen terrorçu tərəfindən hər gün təcavüzə uğradığını bildirir:

“Bu müddət həyatla ölüm arasında tez-tez təkraralanan bir qərar anı kimi idi. Terrorçular tərəfindən tez-tez təcavüzə məruz qalırdım və döyülürdüm”.

Qeyri-təbii yollarla cinsi əlaqə tələbi ilə qarşılaşmadığını deyən qız etiraz etdikləri zaman terrorçular tərəfindən üzərilərinə qaynar su töküldüyünü, qırmancla döyülərək və başqa üsullarla cəzalandırıldıqlarını deyirlər: “Məni satın alan terrorçu özünə Əl-Russiyah deyirdi. O və digərləri məni kirlətdilər. Həmin anları hələ kabus kimi yaşayıram. Terrorçular qaçırdıqları qızların əvvəlcə bəkarətlərini yoxlayırdılar. Bakirə olanlar ən azı 40 kişinin olduğu otacağa aparılır və sıraya düzülürdülər. Terrorçular istədikləri qızları işarə edir və satın alırdılar. 10 yaşlı bacımla satıldığım gün anamı gördüyüm gün oldu. Bacımın göz yaşları içində onun saçlarına sarılmasını heç vaxt unutmayacam.

Əl-Russiyah hər gün satın aldığı qızları soyundurur və onları iyləyərək cinsi əlaqədə olacağı qızı seçirdi. Ora aparıldıqdan 9 ay sonra qaçmaq fürsətimiz oldu. Əl-Russiyah və adamları Sincar yaxınlığında peşmərgələr tərəfindən öldürüldü. Ondan sonra xilas ola bildik”.

Qaynarinfo.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar