İŞİD kürd generalı öldürdü

İŞİD kürd generalı öldürdü
Want create site? Find Free WordPress Themes and plugins.

Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı döyüşən kürd peşmərgə qüvvələri itki verib.

“A24.az” məlumat verir ki, son iki gündə İŞİD terror qruplaşması ilə döyüşlərdə kürd peşmərgə qüvvələrindən 29 nəfərin öldüyü, 173 nəfərin isə yaralandığı bildirilir.

Kərkük, Ərbil və Süleymaniyyədəki səhiyyə idarələrindən bildirilib ki, İŞİD yaraqlılarının Mosul, Kərkük və Diyala cəbhəsindəki hücumlarında general Şerko Fatih də daxil olmaqla, 29 peşmərgə dünyasını dəyişib.

İtkilər daha çox İŞİD-çilərin gecə vaxtı Kərkükün cənubundakı qəfil basıqını zamanı olub.

Bölgədə tərəflərin döyüşləri davam edir.

Hərbi ekspertlərin fikrincə, Kərkükdən 40 kilometr uzaqlıqda yerləşən Xavicə rayonu İŞİD-dən tamamilə təmizlənmədikcə terror təhlükəsi davam edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar