İŞİD liderinin öldürüldüyü təsdiqlənmir

İŞİD liderinin öldürüldüyü təsdiqlənmir
Want create site? Find Free WordPress Themes and plugins.

İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiya qruplaşmanın lideri Əbu Bəkr Əl Bağdadinin öldürüldüyünü təsdiqləyə bilmir. 

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə əməliyyat komandanı general Stiven Taunsend bildirib.

“Əl Bağdadinin öldürülməsini mən nə təsdiq, nə də təkzib edə bilirəm”, – deyə general bildirib.

Ötən gün İŞİD terror təşkilatı Əbu Bəkr Əl Bağdadinin öldüyünü bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar