İŞİD liderlərinin gizləndiyi yer məlum oldu

İŞİD liderlərinin gizləndiyi yer məlum oldu
Want create site? Find Free WordPress Themes and plugins.

İŞİD terror qruplaşmasının rəhbərlərinin çoxu Suriyanın Rakka, habelə  İraqın Mosul şəhərindən Əl-Məyadin şəhərinə qaçıb.

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Associated Press” ABŞ və Suriyadakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, terrorçuların rəhbərləri əsasən İraqla sərhəddə yerləşən Deyr-ez-Zor vilayətinin Əl-Məyadin şəhərində toplaşıblar.

İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə davam edir. İraq hərbçiləri əvvəlcə şəhərin şərq hissəsini azad ediblər, fevraldan isə qərb hissəsində əməliyyata başlayıblar.

Rakka 2013-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı hesab edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar