İŞİD strategiyasını dəyişdirdi

İŞİD strategiyasını dəyişdirdi
Want create site? Find Free WordPress Themes and plugins.

Kərkükə hərbi texnika və ağır silahlarla silahlanmış yeni Peşmərgə qüvvələri gətirildi.

Bunun səbəbi neft izə zəngin olan bölgənin təhlükəsizliyini yüksəsk səviyyədə təşkil etməkdir. İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzaninin müavini Kosrət Rəsul, tabeçiliyindəki briqada ilə Kərkükə gəldi. ABŞ liderliyindəki koalisiya qüvvələri də qarşıdurmaların yaşandığı vaxtda, İŞİD hədəflərini bombalayaraq Peşmərgəyə dəstək verdi.

İŞİD, Suriyanın şimalındakı Kobani mahalında üç ay davam edən qarşıdurmalardan sonra geri çəkilmək məcburiyyətində qaldı. Terror qruplaşmasının eyni zamanda İraqdakı kürd qüvvələrinin hakimiyyətindəki bölgələrə hücum etməsi diqqət cəlb etdi. İŞİD, Koalisiya qüvvələrinin avia hücumları, İraq ordu birlikləri və Peşmərgənin hərbi əməliyyatlarının nəticəsində zəiflədi. Qruplaşma son zamanlarda birbaşa qarşıdurmalara girmək yerinə daha çox gecə basqınları edir və kiçik hücumlarla təhlükəsizlik qüvvələrinə zərər verməyə çalışır.

AA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar