"İslam" və "Quran" sözlərinin əvəzinə Azərbaycan ifadələri işlədilməlidir - İlahiyyatçıdan yeni iddia

“İslam” və “Quran” sözlərinin əvəzinə Azərbaycan ifadələri işlədilməlidir – İlahiyyatçıdan yeni iddia
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımoğlu dini mövzuda yeni iddialarla çıxış edib.

A24.Az xəbər verir ki, Nəriman Qasımoğlu “Quran dilinin statusu haqqında” məqaləsində “İslam” və “Quran” sözlərinin Azərbaycan dilinə tərcümə etməyi və həmin ifadələrdən istifadə etməyi təklif edib. O, “İslam” sözünün əvəzinə, onun dilimizdə qarşılığı olan “Təslimolma” ifadəsini işlətməyin tərəfdarı olduğunu bildirib:

“İslam” sözü ərəbcədən tərcümədə “təslimolma” deməkdir və yaxşı olardı ki, dinimizin ərəbcədəki adını da həmin sözün informativ yükünə uyğun ana dilimizdə elə “təslimolma” kimi qəbul edib işlədək. Belə olan halda tarixən tapındığımız dini təktanrılığın sadəcə yenilənmiş versiyası kimi qavramaq imkanı qazanırıq və bunun da ən gözəl yanı odur ki, dinimizi nəhəng zaman genişliyində tarixöncəsinədək gedib çıxan görürük”.

İlahiyyatçı məqalənin ardında ərəb sözü olan “Quran”ın əvəzinə də “Oxu” ifadəsini işlətməyi təklif edib:

Təslimolmanın tarixindən söhbət düşəndə nisbətən mütərəqqi ilahiyyatçılar bütün Tanrı elçilərini – Nuh, İbrahim, Musa, Yaqub, Yusif, Yunus, Zəkəriyyə, İsa və b.-nı “təslimolma” elçiləri kimi tanımlayan Quran (“Quran” sözünə də bundan sonra informativ yükünə uyğun tərcümədə daha çox “Oxu” deyək!) mətninə istinad edərək “Adəmdən Xatəmə” ifadəsini işlədirlər.

Mözu ilə bağlı digər ilahiyyatçıların fikrini təqdim etməyə hazırıq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar