İspaniya sahillərində gəmi qəzası: Onlarla miqrant öldü

İspaniya sahillərində gəmi qəzası: Onlarla miqrant öldü
Want create site? Find Free WordPress Themes and plugins.

 İspaniyanın muxtar Melilya şəhərinin sahillərindən bir neçə kilometr məsafədə baş vermiş gəmi qəzası nəticəsində 21 miqrant həlak olub.

Bu barədə TASS agentliyi “El Pais” qəzetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, onların cəsədləri Mərakeşlə sərhəddə, Aralıq dənizində aşkarlanıb. Qaçqınlara yardım edən ictimai “Caminando Fronteras” təşkilatının fəalı Yelena Malena “Twitter”də yazıb ki, qəzaya uğramış gəmidə 47 miqrant olub. Onun sözlərinə görə, hələlik 21 nəfərin cəsədi tapılıb.

Beynəlxalq Miqrasiya Təşkilatı daha əvvəl 2017-ci ildə Avropaya Aralıq dənizi vasitəsilə gələn qaçqınların və miqrantların sayının 171 min nəfəri ötdüyünü xəbər verib. Onların 3 min nəfəri yollarda həlak olub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar