İspanlar Arda Turana qarşı

İspaniya mətbuatı komandalarının uduzmasına səbəb olan Arda Turanı “Oyunda səhvdən başqa heç nə etmədi” sözlərilə tənqid edib, tərəfdralar onun komandadan getməsi üçün kampaniyaya başlayıb.

 

“A24.az” xəbər verir ki, Barselona, 1:1 hesabı ilə bitən oyundan sonra lider Real Madriddən 6 xal geridə qalmaqdadır. Son oyunda vurulan qolun məsuliyyətinin də Arda Turanın üzərində olduğu bildirilir. İdman qəzetlərindən biri belə yazıb: “Serxio Ramosun qolu Ardanın lazımsız yaratdığı cərimə zərbəsindən sonra vurulub. Türk futbolçu bu səhvdən başqa oyunda heç nə etmədi”.

572b0ada67b0a96d0c6f4b6d

Kataloniyanın idman qəzeti olan “El Mundo Deportivo” isə bunlayı yazıb: “90-cı dəqiqədə cərimə sahəsindən kənarda, lakin qapının çarpaz göründüyü bir yerdə, arxası qapıya olan futbolçuya qarşı qaydanı pozmağın heç bir haqlı tərəfi yoxdur”.

“El Periodico” qəzeti yazıb: “Ardanın zədəsi vardı. Andre Qomeşin yerinə girdi, bərabərliyin qayda pozuntusunu etdi”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR