İstanbulda ən böyük "oğru" "sxodka"sı keçirildi - Lotu Quli vaxt qoydu

İstanbulda ən böyük “oğru” “sxodka”sı keçirildi – Lotu Quli vaxt qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin İstanbul şəhərində Qafqaz və Mərkəzi Asiya ölkələrinin kriminal avtoritetlərinin ən böyük “sxodka”sı keçirilib

A24.Az xəbər verir ki, “sxodka”ya azərbaycanlı qanuni oğru, “Lotu Quli” ləqəbli Nadir Səlifov başçılıq edib. “Sxodka”da 100-dən çox Özbəkistandan, 30-dan çox Qazaxıstandan, 50-ə yaxın isə Qırğızıstan və Tacikistandan qanuni oğru və onların mühafizəçiləri iştirak edib.

Mənbənin verdiyi məlumata görə, bu, keçmiş SSRİ-nin ən böyük “sxodka”sı olub. Məlumatda o da bildirilir ki, İstanbulda hələ belə “sxodka” görülməyib. Burada “Lotu Quli”yə yaxınlığı ilə bilinən 10-dan çox nüfuzlu kriminal avtoritet iştirak edib. Yığıncaqda mübahisəli məsələlərin həlli, onların həll edilməsinə kimin rəhbərlik edəcəyi və “obşak”a daxil olan pulların xərclənmə qaydaları müzakirə olunub.

Mənbənin məlumatına görə, Nadir Səlifov bildirib ki, 2010-ci ildə Özbəkistandan meyvə və tərəvəz ixracı məşğul olan özbək iş adamına 10 milyon dollar verib. Səlifov borcun 2019-cu ilin əvvəlinə qədər qaytarılması üçün iş adamının qarşısına şərt qoyub. Əks təqdirdə onun kriminal aləmin qaydalarına uyğun cəzalandırılacağını söyləyib. Quli borc haqqında Bəxti Daşkəndisnki ilə  danışdığını və onunla bu mövzuda həmfikir olduqlarını əlavə edib.

Qeyd edək ki, “Soxdka”dan bir gün sonra qanuni oğru Nadir Səlifov saxlanılıb. Bir müddət sonra isə o azadlığa buraxılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
kriminal, Manşet, Redaktor Seçimi, Eksklüziv, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar