İstanbulun yeni hava limanından Bakıya ilk reysin tarixi açıqlandı

İstanbulun yeni hava limanından Bakıya ilk reysin tarixi açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.

A24.az xəbər verir ki, bu barədə Trend Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinə (DHMİ) istinadən məlumat verir.

Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.

Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Ölkə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar