İsti havalarda sərinləmək üçün bunları geyməyin - FOTOLAR

İsti havalarda sərinləmək üçün bunları geyməyin – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Yay fəslində havalar isti olduğundan rütubətlilik də çox olur. Ona görə də nə qədər az geyimdən istifadə etsən də,  istidən yan qaça bilmirsən.

Yay fəslini rahat keçirmək istəyirsinizsə, üstünüzdə gəzdirdiyiniz aksesuarlardan tutmuş, geyimə qədər hər şeyə fikir verməlisiniz.

A24.Az yayda bu geyimlərdən istifadə etməməyi tövsiyə edir:

Dar cins şalvarlar

Bədənə yapışan paltarlar insanın həm hərəkətini məhdudlaşdırır, həm də dərini nəfəs almağa qoymur.

İpli ayaqqabılar

İpli sandalların istifadəsi isti havalardaçox çətindir. Tərləmə və gün getdikcə ayaqların şişməsi bu ayaqqabılar dözülməz edir.

İpək paltarlar


İpək parçalar, xüsusilə də tünd rəngli paltarlar təri asanlıqla nümayiş etdirir. İpək əvəzinə pambıq və ya kətan parçalar, üzərinizə çox yapışmayan bol modellər ilə isti günlərdən rahatlıqla can qurtara bilərsiniz.

Üzüklər


Yayın ən isti günlərində, təbii ki, əllər də tərləyir. Buna görə də belə havalarda, üzük taxmaq cansıxıcı ola bilər. Həm də tərləyən barmaqlardan üzük asanlıqla düşə bilər.

Tünd rəng paltarlar


Tünd rəngli paltarlar günəş şüalarını özünə tərəf çəkir. Açıq rəngli paltarlar isə isti havanın təsirini azaldır.

Dəri çantalar


Daha çox tərləməyə səbəb olan aksesuarlardan biri də dəri çantalardır. İsti havalarda bədəninizlə təmas edən dəri çantalardan uzaq durun. Parça çantalar daha yüngüldür və insanı tərlətmir.

Vüsalə, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq, Foto xəbər, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar